Türkiyə

Mehmet Nuri Ərsoy Ərdoğandan istefasını istədi

29 Yanvar 2025 13:43
Baxış: 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin turizm naziri Mehmet Nuri Ərsoy Qartalqaya xizək kurortundakı oteldə baş verən böyük yanğından sonra vəzifəsindən getməsi tələbləri fonunda Prezident Rəcəb Tayyib Ərdoğana müraciət edərək, istefasını istəyib.

Milli.Az xəbər verir ki, bu barədə "Nəfəs" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Ərsoy yanvarın 21-də keçirilən hökumətin iclasında prezidentə müraciət edərək, onu vəzifəsindən azad etməsini xahiş edib. Buna cavab olaraq hökumətdə dəyişikliklərin fevralda planlaşdırıldığı bildirilib. Söhbət yeddi nazirin dəyişdirilməsindən gedə bilər.

Xatırladaq ki, yanğın yanvarın 21-də gecə saatlarında baş verib. Oteldə ümumilikdə 238 qonaq olub.

Yanğın nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb. /Report

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.