Çökən binada axtarış-xilasetmə işləri başa çatdı - ölənlərin sayı bilindi - Yenilənib - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün Türkiyənin Konya şəhərində çökən binada axtarış-xilasetmə işləri başa çatıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dağıntılar altından cansız bədəni çıxarılan şəxslərin sayı ikiyə çatıb. Ölənlərdən birinin 23 yaşlı qadın olduğu bildirilir.
Qeyd edək ki, hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb. Şübhəlilərdən ikisi həmin binanın aşağı mərtəbəsində yerləşən obyektlərin sahibi, digərləri isə idarəçiləridir.
-------
13:06
Türkiyənin Konya vilayətinin Səlçuklu rayonunda yerləşən dördmərtəbəli binanın çökməsi nəticəsində bir nəfərin cəsədi tapılıb.
Milli.Az bildirir ki, məlumata görə, dağıntılar altından üç nəfər sağ şəkildə xilas edilib. Lakin binanın çökməsi ilə bağlı hələlik səbəb məlum deyil.
Konya Baş Prokurorluğunun açıqlamasına əsasən, hadisənin səbəbini araşdıran hüquq-mühafizə orqanları, binanın uçmasında təqsirli bilinən dörd nəfəri saxlayıblar. Hadisə yanvarın 24-də baş verib və genişmiqyaslı xilasetmə əməliyyatı davam edir.
--------
07:21
Türkiyənin Konya vilayətində çökən binanın dağıntıları altında axtarış-xilasetmə işləri davam edir.
06:53
Milli.Az xəbər verir ki, ölkənin Fövqəladə Hallar İdarəsinin (AFAD) əməkdaşları dağıntılar altında qalan 5 nəfərlə telefonla əlaqə qurub.
Xilasedicilərin çökmə zamanı sağ qalan 3 nəfəri dağıntıların altından sağ çıxardığı bildirilir.
Dağıntılar altında qalan insanların xilas edilməsi üçün işlər davam etdirilir.
----------
22:41
Xəbərə video əlavə olunub.
-----------
22:05
Türkiyənin Konya şəhərində üçmərtəbəli bina çöküb.
Hadisə yerinə çox sayda AFAD, 112 Təcili Tibbi Yardım və polis qüvvələri cəlb edilib.
Binada 3-4 nəfərin ola biləcəyi ehtimalına əsaslanaraq axtarış-xilasetmə əməliyyatı başlayıb.
Konya Böyükşəhər Bələdiyyə Başçısı Uğur İbrahim Altay sosial media hesabında paylaşım edərək belə yazıb:
"Axtarış-xilasetmə və təcili tibbi yardım qruplarımız hadisə yerinə çatıb. Əməliyyatlarımız davam edir. Xahiş edirik Beyşehir prospektində nəqliyyat sıxlığına diqqət edək."
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
Ərdoğanın müavini istefa verdi
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Türkiyədə daha bir şagird məktəbə tüfəng gətirdi, müəllimlər müdaxilə etdi - (Foto)
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
İstanbul su altında qaldı - (Video)
XƏBƏR LENTİ
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib





