Türkiyənin Bolu bölgəsindəki Kartalkaya xizək mərkəzində 78 nəfərin həlak olduğu otel yanğını ilə əlaqədar saxlanılan 14 şübhəli arasında olan otel sahibi Halit Ergül həbs edilib.
Milli.Az xəbər verir ki, iş adamı Halit Ergülün də daxil olduğu 8 nəfər prokurorluqda ifadələrindən sonra həbs tələbi ilə məhkəməyə göndərilib.
Digər 6 nəfərin məhkəmədəki prosedurları davam edir.
Belə ki, otel sahibi Halit Ergül və otelin baş direktoru, həmçinin otel sahibinin kürəkəni Əmir Aras haqqında həbs qətimkan tədbiri seçilib.
Milli.Az