Xəbər verdiyimiz kimi, Mersində polis məmuru Mehmet Tehçi beş ailə üzvünü amansızcasına qətlə yetirib.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, hadisənin şok detalları və Tehçinin ifadəsi ortaya çıxıb.
Məlumata görə, Mehmet Tehçi bir il əvvəl meyiti tapılan oğlu Ö.B.T.-nin ölümünə görə ailəsini günahkar bilərək qətliam törədib.
Məlumata görə, Tehçi səhər saatlarında arvadını öldürüb. Daha sonra iki uşağını götürüb qayınatasının evinə gedərək orada qayınatası, qayınanası və qayınatasının bacısını öldürüb. Qaynını bir bəhanə ilə meşəlik əraziyə apararaq xidməti silahı ilə öldürüb.
Tehçi digər qohumlarını da öldürmək üçün Osmaniyəyə yollanıb, lakin Adana polisi onu Ceyhan Yılan Kale bölgəsində saxlayıb. Qətliam zamanı uşaqlar qonşu otaqda və ya avtomobildə saxlanılıb. Hazırda onlar Ailə və Sosial Xidmətlər Nazirliyinin himayəsinə götürülüb.
Polis idarəsində ifadə verən Tehçi: "Depressiyada idim, bir anlıq qəzəb içində ailəmi öldürdüm. Çox peşmanam", - deyə bildirib.
O, məhkəmə tərəfindən həbs edilib.
Fidan
Milli.Az