Türkiyə

Türkiyədə zəlzələ oldu

10 Yanvar 2025 09:01
Baxış: 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin cənubundakı Hatay şəhərinin Yayladağı qəsəbəsində 4 maqnitudalı zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanların ocağı 13.3 km dərinlikdə yerləşib. Bildirilib ki, təbiət hadisəsi yerli vaxtla saat 07:08-də (Bakı vaxtı ilə 08:08) qeydə alınıb.

Dağıntı və insan itkisi barədə məlumat hələ verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory