Türkiyəli yazıçı Selim İleri vəfat edib.
Milli.Az xəbər verir ki, yazıçı 75 yaşında dünyasını dəyişib.
Bir müddətdir səhhətində problem olan tanınmış yazıçının bu səhər vəziyyətinin ağırlaşması səbəbindən xəstəxanaya aparıldığı bildirilib.
1949-cu ildə İstanbulda anadan olan usta yazıçı Selim İleri, "Dostluqların Son Günü", "Uzaq Həmişə Uzaq" və "Yaşarkən və Ölürkən" kimi əsərləri ilə tanınıb. O, roman, hekayə, esse kimi müxtəlif janrlarda əsərlər qələmə alıb.
Selim İleri xüsusilə roman və hekayə sahəsində diqqət çəkən əsərlər yazaraq, 1980-ci illərdən etibarən Türk ədəbiyyatında önəmli bir yer qazanıb.
Usta yazıçının əsərləri əsasən fərdi və ictimai problemləri, insan ruhunun mürəkkəbliyini və emosional vəziyyətlərini təsvir edir.
Selim İleri əsərləri ilə çoxsaylı mükafatlara layiq görülüb.
2012-ci ildə usta yazıçı Prezidentin Mədəniyyət və İncəsənət Böyük Mükafatına layiq görülmüşdü.
Lalə Qüdrətova
Milli.Az