Türkiyə

Abdullah Öcalan əfv olunacaq?

8 Yanvar 2025 00:18
Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə parlamentində (TBMM) hakim Ədalət və İnkişaf Partiyası (AKP) fraksiyasının sədri Abdullah Gülər ​​son vaxtlar ictimaiyyətdə müzakirə olunan bəzi kritik məsələlərlə bağlı mühüm açıqlamalar verib.

Abdullah Güler, DEM Partiyası heyəti ilə görüşlərinə dair terror cinayətkarlarını əhatə edən ümumi əfv və Abdullah Öcalana ev dustaqlığı ilə bağlı iddialara münasibət bildirib. Güler, "Belə bir əfv məsələsi hazırda gündəmimizdə yoxdur. Bu bir həll prosesi deyil və bənzərliyi də yoxdur," deyə qeyd edib.

Güler, "Prosesə dair ümumi əfv çıxacağı, terrorçu başı Öcalana ev həbsi veriləcəyi və terror cinayətlərinə əfv tətbiq olunacağı ilə bağlı şərhlər verilir. Bunlar mümkündürmü?" sualına belə cavab verib: "Hadisələrə şərtli, bir-biri ilə bağlı yanaşma - bu olarsa, digəri olmazsa heç nə olmayacaq kimi - doğru yanaşma deyil. Ümumi əfv kimi bir məsələ hazırda gündəmimizdə yoxdur."

Güler, Anadolu Yayıncılar Federasiyasının təşkil etdiyi "Anadolu Sohbetleri" tədbirində jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.