Türkiyə

Türkiyədə 2025-ci il “Ailə ili” elan edildi - Ərdoğan açıqladı

7 Yanvar 2025 17:17
Baxış: 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.

Milli.Az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada 2025-ci ili "Ailə ili" elan etdiklərini bəyan edib. O, ailənin cəmiyyətin əsas dayağı olduğunu vurğulayaraq, bu istiqamətdə hərtərəfli tədbirlərin həyata keçiriləcəyini bildirib.

Türkiyə lideri 2023-cü ildə doğum əmsalının 1,51 səviyyəsinə enməsini "ciddi həyəcan siqnalı" və "Türkiyənin gələcəyi üçün təhlükə" adlandırıb.

Siyasətçi xatırladıb ki, imkan daxilində ailələri ən azı üç uşaq sahibi olmağa çağırır.

Dövlət başçısının qərarına əsasən, yanvarın 9-da Ankarada Türkiyənin Əhali Məsələləri üzrə Ali Şurasının ilk iclası keçiriləcək.

Vitse-prezident Cevdet Yılmazın sədrliyi ilə keçiriləcək iclasda iştirakçılar ölkənin demoqrafik inkişafının vəziyyəti və perspektivlərini müzakirə edəcəklər.

Ailə və Sosial Xidmətlər Nazirliyinin koordinasiyası ilə "ailə quruluşunun qorunması və möhkəmləndirilməsi, gələcək nəsillərə möhkəm miras kimi çatdırılması istiqamətində" ilboyu təşkil ediləcək proqramların hazırlandığını vurğulayıb. 

Nərmin Mahmudova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.