Boşanan valideynlər və alimentlə bağlı mühüm qərar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlarına əlavə və dəyişikliklər edilib.
Milli.Az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, sözügedən dəyişiklikləri Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev şərh edib.
Onun sözlərinə görə, burada ümumi məqsəd ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir.
S.Hacıyev Plenum qərarında əks etdirilən dəyişiklikləri açıqlayıb:
Artıq uşaqla ünsiyyət hüququ məsələsi nikahın pozulması ilə bərabər öz həllini tapa biləcək. Uşaqla ünsiyyətə dair mübahisələr yarandıqda uşaqdan ayrı yaşayan valideyn bu barədə tələblə ayrıca iddia qaldırmaq məcburiyyətində qalmayacaq, nikahın pozulmasına dair işlərə baxılarkən iddia irəli sürmək imkanı olacaq. Bu məsələnin boşanma ilə eyni anda həllini tapması, uşaqların hüquqlarının qorunmasına, valideynləri ilə vaxtında ünsiyyət qurmalarına xidmət edəcək.
Həmçinin, məhkəmələr mübahisə predmeti olaraq valideynin uşaqla ünsiyyət hüququnun müəyyən olunmasından sonra ünsiyyətin vaxtı, müddəti, yeri və digər üsul və qaydasının dəyişdirilməsi üçün valideynlər artıq yeni iddia qaldırmaq məcburiyyətində qalmayacaq, bu barədə ərizə təqdim edəcək və həmin ərizəyə MPM-in 231-ci maddəsinə əsasən 10 iş günü müddətində baxılacaq. Beləliklə, bu mübahisələrə baxılarkən əvvəlki təcrübədə müəyyən edilmiş hər üç instansiya məhkəmələrini əhatə edən, uzun müddətli məhkəmə çəkişmələrinə yol verilməyəcək, valideynlər lüzumsuz vaxt itkisi, mediasiya və məhkəmə xərclərindən azad ediləcəklər.
Əvvəlki təcrübədən fərqli olaraq icra məmurları uşaqla ünsiyyətə dair qanuni qüvvəyə minmiş qətnamələrin icrasından azad olacaqlar və valideynlər özləri qətnaməni qarşılıqlı surətdə könüllü icra etməli olacaqlar. Belə ki, qəbul edilmiş qətnamə ilə uşağın kim tərəfindən, harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməsi valideynin öhdəliyi kimi müəyyən ediləcək. Bu qaydanın tətbiqi ünsiyyətin normal, davamlı və səmərəli təşkilinə xidmət edəcək. Valideynlərin öz öhdəliklərini könüllü icra etməmələri onlar barəsində məsuliyyət tədbirlərinin görülməsi ilə nəticələnəcək.
Bundan başqa, yeni qaydalar uşaqdan ayrı yaşayan valideynin də övladı ilə ölkədən gedə bilməsinə imkan yaradacaq.
Sabit pul məbləğində aliment tutularkən alimentin məbləği konkret rəqəmlə deyil, əmək haqqının müəyyən misli həddində göstəriləcək. Bu qayda alimentin məbləğinin minimum əmək haqqının artımına uyğun olaraq mütəmadi şəkildə indeksasiyasına imkan verəcək və vətəndaşlar artıq yaşayış minimumu xərclərinin yüksəlməsi əsası ilə davamlı olaraq alimentin artırılmasına dair iddia qaldırmaq məcburiyyətindən azad olacaqlar. Belə ki, tutulmuş aliment artırılmış minimum əmək haqqına mütənasib olaraq, icra qaydasında, heç bir müraciətə zərurət olmadan artacaq. Bu qayda uşaqların üstün mənafeyinin qorunmasına xidmət edəcək, alimentin artırılması ilə bağlı lüzumsuz davamlı məhkəmə çəkişmələrinin aradan qalxmasına yol açaraq indeksasiyanın dərhal reallaşması imkanını yaradacaq. Qətnamə ilə tutulmuş aliment konkret rəqəmlə ifadə edilmədiyi halda isə, maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən məsələ öz həllini tapacaq.
Bundan başqa, alimentin artırılmasına dair mübahisələr üzrə qəbul edilmiş qətnamələrdə artırılmış alimentin tutulmasına başlanması artıq əvvəlki kimi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən deyil, bu barədə ərizənin məhkəməyə verildiyi tarixdən hesablanacaq. Bu hal cavabdeh tərəfin artırılmış həddə alimentin tutulması vaxtını uzatmağa yönələn davranışlarının qarşısını almaqla yanaşı uşaqların vaxtında zəruri maddi təminat alması hüququnu təmin edəcək.
Uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə tələbə də müstəqil iddianın qaldırılması yolu ilə deyil, daha sadə və qısa prosedur olan, qətnamənin icra qaydasında ərizənin verilməsi yolu ilə öz həllini tapa biləcək.
Qeyd edək ki, sözügedən Plenum qərarının tam mətni ilə Ali Məhkəmənin rəsmi saytında tanış ola bilərsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ötən gün axtarışda olan 133 nəfər saxlanılıb
-
Anar Bayramov Vüqar Qurbanovun qohumunu işdən çıxardı
-
Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
Kürdəmirə oğurluğa girən şəxs 7 min manatlıq qızılları satıb maşın aldı
-
"Alya": "Heç bir estetik əməliyyatım yoxdur" - (Video)
-
Azərbaycanda bir gündə 46 cinayətin üstü açıldı
XƏBƏR LENTİ
-
Ötən gün axtarışda olan 133 nəfər saxlanılıb
-
Daha 2577 məhkumu əfv etdi
-
Yamaldan yeni rekord
-
Daşqın və torpaq sürüşmələri 1000-dən çox can aldı
-
Rusiyanın Kiyevə gecə hücumu nəticəsində 8 nəfər ölüb
-
ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
Türkiyədə iti əlindən alınan qadın özündən çıxdı – (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur
-
Prezident İlham Əliyev azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirib
-
Anar Bayramov Vüqar Qurbanovun qohumunu işdən çıxardı
-
Prezident İlham Əliyev Peter Pelleqriniyə məktub ünvanlayıb
-
Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
Kürdəmirə oğurluğa girən şəxs 7 min manatlıq qızılları satıb maşın aldı
-
"Alya": "Heç bir estetik əməliyyatım yoxdur" - (Video)
-
Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
-
Azərbaycanda bir gündə 46 cinayətin üstü açıldı
-
Azərbaycanda hava bağlı son məlumat
-
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir - (Foto)
-
Tayland viza rejimini sərtləşdirir: Azərbaycan siyahıda qaldı
-
Maykl Cordanın 25 ildir heç kimin görmədiyi “Ferrari”si hərraca çıxarılır - (Fotolar)
-
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv qəbul edilib
-
Si Cinpin və dünya iqtisadiyyatının yeni arxitekturası - (Foto)
-
Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin
-
Bu tarixədək leysan yağacaq - Xəbərdarlıq





