Dünya

Təyyarənin təkərində iki meyit tapıldı

8 Yanvar 2025 14:11
Baxış: 1 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Fort Lauderdale-Hollywood Beynəlxalq Hava Limanında "JetBlue Airways"-ə məxsus sərnişin təyyarəsinin təkər yuvasında iki nəfərin cəsədi tapılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, təyyarə bazar ertəsi gecə Nyu-Yorkun Con Kennedi Beynəlxalq Hava Limanına eniş etdikdən sonra adi müayinə zamanı eniş şassisində iki cəsəd aşkar edilib.

JetBlue Hava Yolları hadisəni "ürək parçalayan bir vəziyyət" olaraq xarakterizə edib və ölən şəxslərin təyyarəyə necə daxil olduqlarını öyrənmək üçün araşdırmaların davam etdiyini bildirib. Təyyarə sonuncu dəfə "1801" reysi ilə uçaraq Nyu-Yorkdan Fort Lauderdale-ə çatıb.

Meyitlərin ölüm səbəbləri təyin edilməsi üçün yarılma aparılacaq.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.