Türkiyə

Narinin qətlinin bütün sirrini açacaq dəlil - həmin əlcək kimindir? - FOTO

18 Noyabr 2024 17:57
Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın istintaq işi ilə bağlı yeni dəlillər ortaya çıxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.

Məlumata görə, Narinin öldürüldüyü güman edilən tövlənin qarşısından q...nlı əlcək tapılıb və bu əlcəyin kimə məxsus olduğu araşdırılır.

Xatırladaq ki, Narinin cəsədini dərə yatağında gizlədən və əsas şübhəlilərdən biri olan Nevzat Bahtiyarın bildirdiyinə görə, qızın əmisi, əsas şübhəli Salim Güran Narinin evlərinin yanındakı tövlənin qarşısından ona səslənmişdi. Bundan sonra isə bütün diqqətlər bu nöqtəyə yönəlmişdi. Əldə edilən görüntüdə isə tövlənin yerləşdiyi yerdə q...nlı əlcək əks olunub.

Qeyd edək ki, Narin Güranı qətlə yetirməkdə təqsirli bilinən 4 şübhəlinin ötən həftə məhkəməsi başlayıb və barələrində ağırlaşdırılmış ömürlük azadlıqdan məhrumetmə tələbi irəli sürülüb.

8-ci Ağır Cəza Məhkəməsində 3 gün davam edən proses zamanı həbsdə olan müttəhimlər - Narinin əmisi Salim Güran, anası Yüksel Güran və böyük qardaşı Enes Güran və qızın cəsədini Sıratutmaz dərəsində gizlətdiyini istintaq mərhələsində etiraf edən Nevzat Bahtiyar ifadələrində özlərini müdafiə ediblər.

Məhkəmə heyəti təqsirləndirilən şəxslərin qaçma, gizlənmə və ya saxlanılmama ehtimalını nəzərə alaraq həbslərinin davam etdirilməsinə, növbəti iclasın dekabrın 26-na qədər təxirə salınmasına qərar verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.