Narini atasına aid tövlənin yanında basdırmaq istəyiblər? - yeni şahid
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin Diyarbəkir vilayətində vəhşicəsinə qətlə yetirilən və 19 gün sonra cəsədi dərə yatağından tapılan 8 yaşlı Narin Güran cinayəti ilə bağlı istintaqda yeni faktlar ortaya çıxıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "CNN Türk" telekanalı reportaj hazırlayıb.
Reportajda Narinin cəsədini dərə yatağında basdıraraq gizlədən Nevzat Bahtiyarın yeni ifadələrinə yer verilib.
Qeyd edək ki, daha əvvəl "CNN Türk" İstanbul xəbər müdiri Nihat Uludağ Narinin atası Arif Gürana məxsus olan tövlənin yanında çuxur qazıldığını bildirmişdi. Bu "Narini tövlədəmi basdırmağı planlaşdırıblar?" deyə suallar ortaya çıxarmışdı.
Reportajda həmin çuxurun görüntüləri yayımlanıb. Nevzat Bahtiyarın son ifadəsində də məsələyə dair yeni təfərrüat ortaya çıxıb.
"Biz Narin üçün tikinti sahəsinin yanında çuxur qazdıq. Narinin cəsədini tikintidən tapdığım kisəyə qoydum", - deyə Nevzat bildirib.
O, hadisənin baş verdiyi anlarla bağlı maraqlı məlumatlar verib.
"Günorta evə gedib nahar etdim. Su kəsilmişdi, muxtara zəng etdim və suyun kəsildiyini dedim. Səlahiyyətlilərə xəbər verəcəyini dedi. On dəqiqədən sonra həyətə çıxdım. Anamın evinə su başqa şəbəkədən gəlirdi, orada anamın ağaclarını sulayırdım. Bu zaman muxtar Salim Güran (Narinin qətlində əsas şübhəli olan əmisi - red.) yuxarıdan, Arifin (Narinin atası - red.) həyətindən, yəni Narin Güranın evinin həyətindən mənə tərəf qışqıraraq "Hazırlaş, səninlə təcili işim var, hazır ol və məni gözlə" dedi. Sonra maşını ilə gəldi. Mən də öz maşınıma mindim. Biraz irəli getdik. Ağacın altında, heç kimin görmədiyi yerdə Narinin ön oturacaqdakı cəsədini götürdü və adyalla birlikdə mənim maşınıma qoydu. Sonra mən maşını evimin qarşısına sürdüm. Orada bir çuvalda tikinti materialları var idi. Həmin materialları kənara töküb Narinin cansız bədənini həmin torbaya qoydum. Eğertutmaz dərəsinə apardım", - deyə Nevzat bildirib.
"Salim Güran Nevzat Bahtiyarı təsadüfən hadisəyə cəlb etməyib. Narinin cəsədindən qurtulmaq üçün işini bilən yaxşı daş ustasına ehtiyac var idi. Nevzat Bahtiyar bu sahədə çox təcrübəlidir. O, cəsədin heç vaxt tapılmaması üçün suyun altında gizlədilməsinə nail ola bilərdi", - deyə telekanal bildirir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu





