Türkiyə mətbuatı: Azərbaycan bir daha qardaşlığını nümayiş etdirdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin aparıcı media orqanları Azərbaycan və Türkiyə liderlərinin son telefon danışığı xəbərini geniş işıqlandırıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, qardaş ölkənin media strukturları Türkiyənin müxtəlif bölgələrində baş verən irimiqyaslı meşə yanğınlarının söndürülməsi səylərinə Azərbaycanın dəstəyinin vacibliyinə diqqət çəkiblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəngi etməsi ilə bağlı məlumat televiziya kanallarının xəbər buraxılışlarında yer alıb.
Azərbaycandan Türkiyəyə amfibiya təyyarəsinin göndərilməsi ilə bağlı məlumat, həmçinin bir çox qəzet və xəbər saylarının əsas səhifələrində işıqlandırılıb.
İki qardaş ölkə liderinin telefon danışığı Türkiyə ictimaiyyətinə "Azərbaycan yenidən qardaşlığını nümayiş etdirdi!", "Qardaşlıq əlaqələri məhz belə günlərdə özünü göstərir", "Azərbaycan yanğınların söndürülməsinə yardım göndərir", "Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərir", "Azərbaycan meşə yanğınlarına qarşı Türkiyəyə kömək edir" kimi sərlövhələri ilə təqdim olunub.
Media orqanları Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycana təşəkkür mesajını da diqqət mərkəzində saxlayıb.
Qeyd edək ki, son günlərdə Türkiyə ərazisində onlarla meşə yanğını qeydə alınıb. Yanğınsöndürmə əməliyyatlarına çox sayda texnika, onlarla helikopter və təyyarə cəlb edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tuna balığı alarkən iki dəfə düşünün
-
Pişik sahibini niyə iyləyir?
-
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
-
Bu bitkiləri çarpayınızın yaxınlığından götürün
-
Kefir və yaşıl çaya güclü rəqib: Arpa çimi suyunun fayda və riskləri
-
Ömrü uzada, ölüm riskini azalda bilər
-
Xərçəngin müalicəsində yeni ümid: Alimlərdən mühüm kəşf
-
Pensiyalar belə indeksləşəcək - Hesablama qaydası - (Video)
-
Ev qatığı niyə sulu olur? Daş kimi qatıq hazırlamağın əsas sirləri
-
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
-
“Müxalifət Azərbaycanla sülhə “son maneə”dir” - Paşinyan
-
Binəqədidə söküntü hazırlığı: Sahibkarlara kompensasiya nə vaxt ödəniləcək? - (Video)
-
Azərbaycan nəhəng atmosfer bloklanmasının təsirinə düşür: Hava kəskin dəyişəcək
-
Günün qoroskopu: Daxili rahatlıq tapmaq üçün ideal zamandır
-
Kaliforniyada baş verən güclü zəlzələnin videosu
-
Şəhərdən kəndə köçənlərə böyük güzəştlər təklif edilir - (Video)
-
Bakı-Sumqayıt yolundakı tıxac probleminə çarə - (Video)
-
Tiflisdə minlərlə insan yürüşə qatıldı - (Video)
-
Filarmoniyada Dövlət Simfonik Orkestrinin konsert proqramı təqdim olunub - (Foto)
-
Həbsxanada 60 kilo arıqlayan kişi: "Qızım məni tanımayıb qorxudan qaçdı" - (Foto)
-
Çağla Şıkelin oğlu böyüdü: Boyu atasını keçdi - (Foto)
-
Xalq artisti Samir Cəfərov ilk dəfə Kavaradossi obrazında çıxış edib - (Foto)
-
Kanalda boğulan Hüseynin (Fotosu)
-
Netanyahu baş nazir postunu Ayzenkota verməyə hazırdır





