Türkiyə

11 yaşlı sürücü "dəhşət saçdı" - 2 uşağı öldürüb, digərlərini yaraladı

25 İyul 2024 17:31
Baxış: 1 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə azyaşlı sürücü iki uşağı öldürüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Malatyanın Akçadağ qəsəbəsində baş verib. 11 yaşlı K.A.-nın idarə etdiyi traktor idarəetmədən çıxaraq yol kənarında oynayan uşaqların arasına girib. Nəticədə üçü 7, biri 11 yaşlı olmaqla, 4 uşaq xəsarət alıb.

Azyaşlılar təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib. Lakin burada onlardan ikisi - bacı-qardaşın həyatını xilas etmək mümkün olmayıb.

Polis 11 yaşlı sürücünü saxlayıb, araşdırma aparılır. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.