"MotoTanya" təxəllüsü ilə tanınan rusiyalı bloqer Tatyana Ozolina Türkiyədə faciəli şəkildə həlak olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.
Hadisə Muğla vilayətinin Milas şəhərində baş verib. Bloqerin yüksək sürətlə idarə etdiyi motosiklet digər motosikletlə toqquşub.
Tatyana Ozolina hadisə yerindəcə ölüb.
Məlumat üçün əlavə edək ki, Tatyana Ozolina Rusiyada ən məşhur olan motobloqlarından birinin müəllifidir. Onun "TikTok"da beş milyon, "YouTube"da isə iki milyon abunəçisi var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun