Türkiyə

Türkiyə bayrağına hücum edən daha bir şəxs TUTULDU - FOTO

7 İyul 2024 14:39
Baxış: 1 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın şimalında Türkiyə bayrağına qarşı təxribat törədən daha bir şəxs yaxalanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) apardığı işlər nəticəsində Türkiyə bayrağına hücum edən qruplaşma arasında yer alan Əli Almohamed Alhac Hasan Hammade Suriya Milli Ordusu (SNA) tərəfindən saxlanılıb.

"Etdiklərimə görə şərəfli türk xalqından üzr istəyirəm", - o deyib.

Xatırladaq ki, iyunun 30-da Kayseri və bəzi vilayətlərdə qaçqınlara qarşı baş verən hadisələrdən sonra Suriyanın şimalında Türkiyəni hədəf alan təxribatlar baş vermişdi.

Həmin təxribatları törədənlər bir-bir tutulur. Daha öncə də bir neçə şəxs saxlanılaraq Türkiyəyə gətirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.