Türkiyə

Qlobal istiləşmə Ağrı dağının buzlaqlarından da yan keçmədi

19 İyun 2024 09:10
Baxış: 725
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təsirlərini indi daha yaxından hiss etdiyimiz iqlim dəyişikliyi Ağrı dağından da yan keçməyib.

Milli.Az APA-ya istinadən bildirir ki, aparılan araşdırmalar zamanı dağdakı buzlaqların 40 faizdən çox kiçildiyi məlum olub.

Belə ki, 1987-ci ildə 8,42 kvadrat kilometr olan buzlaqlar 2022-ci ildə 4,96 kvadrat kilometrə qədər azalıb.

Temperaturun artması yağacaq olan qarın yağış formasında düşməsinə, beləliklə də qar örtüyünün və buzlaqların əriməsinə, nəticədə çaylarda su axınının azalmasına səbəb olur.

Temperaturun yüksəlməsi Türkiyənin ən hündür zirvəsi olan Ağrı dağına da mənfi təsir göstərir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.