Ərdoğan sabah mühüm addım atacaq - Dünyanın gözü Türkiyədə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
PKK-nın aradan qaldırılması üçün Türkiyənin İraqla apardığı danışıqlar iki ölkə arasında hüquqi mətnə çevrilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bazar ertəsi İraqa səfəri zamanı tarixi imzalar atılacaq, PKK ilə mübarizədə mühüm qərarlar veriləcək.
Aralarında prezident Ərdoğan, xarici işlər naziri Hakan Fidan, MİT müşaviri İbrahim Kalın, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın da olduğu izdihamlı heyətin ilk dayanacağı paytaxt Bağdad olacaq. Prezident Bağdaddan sonra Ərbilə gedəcək.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Türkiyənin "Hürriyet" qəzetinin əldə etdiyi məlumata görə, İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin dəvəti ilə reallaşan səfər zamanı iki ölkə arasında 30-a yaxın müqavilənin imzalanması gözlənilir. "Hürriyet"ə məlumat verən qaynaqlar bildiriblər ki, məqsəd Türkiyə ilə İraq arasında son zamanlar sürətlənən ikitərəfli münasibətləri hər sahədə inkişaf etdirmək və müqavilə əsaslarını gücləndirərək institusional çərçivə təmin etməkdir. Bu istiqamətdə ən mühüm addım iki ölkə arasında bir müddətdir razılaşdırılan mövzu, yəni İraq torpaqlarının terror təşkilatı PKK-dan təmizlənməsi ilə bağlı atılacaq.
Məlumata görə iki lider aşağıdakı mövzuları müzakirə edəcək:
- İki ölkə arasında uzun müddət davam edən danışıqlarda əldə edilmiş Birgə Əməliyyatlar Mərkəzinin yaradılmasına dair razılaşma Strateji Çərçivə Sənədinə daxil ediləcək. Mərkəzdə İraq Mərkəzi Hökuməti, Regional Hökuməti və Türkiyədən əsgərlərin iştirakı gözlənilir. Ərdoğanın səfəri zamanı Birgə Əməliyyatlar Mərkəzinin strukturu və nə vaxt həyata keçiriləcəyi kimi mühüm detallar dəqiqləşdiriləcək. Türkiyə əməliyyat bölgələrinə yaxın mülki vətəndaşların qorunması üçün tədbirlərin görülməsini istəyir.
- Türkiyənin İraq sərhədində 30-40 kilometrlik ərazidə müxtəlif dərinliklərdə daimi baza sahələrinin yaradılması müzakirə olunacaq.
- Hakurk, Metina, Zap və Qaranın təhlükəsiz sahə olması təmin ediləcək.
- İraq-Suriya sərhədində PKK/YPG ünsürlərinin aktivliyini azaltmaq üçün konkret addımların atılması kimi məsələlərə də qərar veriləcək. Mənbələr deyib ki, görüşün konkret addımlara çevrilməsi gözlənilir.
İraq tərəfi Ərdoğanın səfərinə böyük əhəmiyyət verir. İraqın baş naziri Məhəmməd Şiyə əs-Sudani səfəri belə dəyərləndirib: "Türkiyə prezidentinin İraqa səfəri keçici bir səfər olmayacaq. İki ölkə arasında ilk dəfə olaraq məsələləri təxirə salmaq əvəzinə həll etmək iradəsi var".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq





