Türkiyə

Türkiyənin Azərbaycana tekstil ixracı 10 milyon dollara çatdı

16 Aprel 2024 16:56
Baxış: 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Azərbaycana tekstil və tekstil üçün xammadə ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 8,9 faiz azalaraq, 9,9 milyon dollara çatıb.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin mart ayında Türkiyə Azərbaycana 3 milyon dollar məbləğində tekstil və tekstil üçün xammadə ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 21,9 faiz azdır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin tekstil və tekstil üçün xammadə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azaldaraq 2,4 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 818 milyon dollar məbləğində tekstil və tekstil üçün xammadə ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 9,1 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 10,7 milyard dollar məbləğində tekstil və tekstil üçün xammadə ixrac edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.