Türkiyə

Cahit Bağçı: Şuşa Bəyannaməsi düşmənın ürəyinə sancılan oxdur

18 Mart 2024 15:30
Baxış: 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin konstitusiyasıdır.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı martın 18-də Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə Abşeron Mədəniyyət evində keçirilən tədbirdə deyib.

O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2021-ci ildə Şuşa şəhərində iki ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Şuşa Bəyannaməsi imzalanıb: "Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin konstitusiyasıdır. Bu sənəd düşmənın ürəyinə sancılan oxdur".

C.Bağçı vurğulayıb ki, Ankara Bakı ilə sarsılmaz qardaşlığını, həmrəyliyini, güclü müttəfiqlik münasibətlərini və əməkdaşlığını gələcəkdə daha da inkişaf etdirəcək: "Biz bunları tariximizdən miras olaraq almşıq. Bu əməkldaşlığı prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin liderliyində heç bir maneə tanımadan davam etdirəcəyik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.