Türkiyə ordusu bu ölkəyə girməyə hazırlaşır - Ağar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İraqın şimalında hakimiyyət boşluğu səbəbindən Hakurk, Metina, Zap, Qara, Avaşin-Basyan, Sinat-Haftanin və Asos bölgələri PKK/KCK terror təşkilatı üçün əlverişli bir əraziyə çevrilmişdi. Türkiyə Silahlı Qüvvələri həmin ərazilərdə 27 may 2019-cu ildən etibarən "Pəncə" və 17 aprel 2022-ci ildə başlayan "Pəncə-Kilid" hərəkatı keçirdi. Nəticədə 1709 terrorçu məhv edildi, 3415 ədəd silah-sursat ələ keçirildi, 2486 mağara, sığınacaq yararsız hala salındı, 5022 mina və kustar üsulla hazırlanmış partlayıcı yox edildi. Ancaq qarşımızda görüləcək işlər çoxdur.
Bu sözləri Axar.az-a Türkiyənin İraqın şimalında keçirməyə hazırlaşdığı əməliyyatın detalları haqqında danışan terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
Ekspert yaz aylarından etibarən hərəkata başlanılmasının mümkünlüyündən danışıb:
"Hazırda Zap və Qarada nəzarət olunmalı bir sıra nöqtələr var. Həmin nöqtələrin də nəzarət altına alınması isə İraqla sərhədimizin təhlükəsizliyi tamamilə təmin olunacaq. Fikrimcə, bununla bağlı yaz aylarından başlayaraq hərbi tədbirlər başlaya bilər. Türkiyə indiyə kimi İraq və Suriyada həyata keçirdiyi əməliyyatlarla sərhədlərimizdə və daha dərində mehmetciklərimizdən sədd hörüb. Terrorun ən çox yuvalandığı, özünü yenilədiyi ərazi isə İraqın şimalındakı Qara vadisidir. Vadinin arxası açıq ərazidir. Bölgənin bir tərəfini tutmuşuq, nəzarətsiz qalan hissələrdə də hərəkatın keçirilməsinin vacib olduğunu düşünürəm. İndi meydanda Rusiya, ABŞ, Fransa, İngiltərə və İran var. Əsas məsələ kimin Türkiyə ilə dostluğu və qarşısında olmağı seçməsidir. İraq mərkəzi hökumətinin və oradakı bütün qüvvələrin terrora qarşı Türkiyə ilə əməkdaşlığı yalnız onların xeyrinə olar. Başqa fikirlərə düşənlər isə layiqli cavabını alacaq".
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordu komandanı, general Mətin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti İraq rəsmiləri ilə "Pəncə-Kilid" antiterror əməliyyatı zonasında görüş keçirib. Eyni zamanda Rəcəb Tayyib Ərdoğan aprel ayında İraqa səfər edəcək. Bu, 12 ildən sonra gerçəkləşəcək ilk yüksək səviyyəli səfər olacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Mert Günok Türkiyə millisindən ayrıldı
XƏBƏR LENTİ
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü





