Türkiyə

Məşhur türkiyəli həkim məhkəməyə çıxarıldı: 13 yaşlı oğluna cinsi zorakılıq edib? - FOTO

23 Fevral 2024 12:19
Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur türkiyəli həkim Ender Saraç 2017-2021-ci illər arasında Beşiktaşda yerləşən evlərində 13 yaşlı oğluna cinsi zorakılıq etdiyi iddiası üzrə hakim qarşısına çıxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Ender Saraç üçün müvafiq ittiham üzrə 12 ildən 22 il 6 aya qədər həbs cəzası tələb edilib.

İstanbul 34-cü Ağır Cəza Məhkəməsində keçirilən məhkəmə prosesində həbssiz mühakimə olunan Ender Saraç, tərəflərin vəkilləri, Ailə və Sosial Xidmətlər Nazirliyinin vəkili iştirak edib.

Məhkəmə təqsirləndirilən şəxsin vəkilinin iclasların qapalı keçirilməsi ilə bağlı vəsatətini qəbul etməyib.

İclasda özünü müdafiə edən Saraç çıxışında bildirib ki, boşanma prosesində olan həyat yoldaşı Benan Saraç sosial mediada yayımlanan müvafiq görüntüləri vəkili vasitəsilə yayıb və bu görüntülər süni intellektlə yaradılıb. Ender Saraç bunların ona qarşı qurama olduğunu iddia edib.

O qeyd edib ki, evinin tualeti, hamamı da daxil olmaqla hər yerdə kameralar var və uyğunsuz şəkildə ortalıqda gəzdiyinə dair heç bir görüntü yoxdur.

"Uşaqları porno izləməyə məcbur etdiyim deyilir. Mobil telefonum məlumdur, keçmiş axtarışlarım yoxlanılıb, heç nə çıxmayıb", - deyə Saraç bildirib.

Həkim əlavə edib ki, vegan olan uşağını inkişafının dayandığını əsas gətirərək bir dəfə yemək yeməyə məcbur edib, ona qarşı irəli sürülən ittihamları isə qəbul etməyib.

Məhkəmə müvəqqəti qərarını elan edərək zərərçəkmiş uşağın ifadəsinin pedaqoqun müşayiəti ilə məhkəmə-tibbi ekspertizası otağında alınmasına qərar verib.

Komitə Ailə və Sosial Xidmətlər Nazirliyinin işdə iştirakla bağlı vəsatətinin qəbul edilməsinə qərar verib və iclası aprelin 30-na təxirə salıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.