Türkiyə

Türkiyədə zəncirvari yol qəzası - xəsarət alanlar var

28 Yanvar 2024 11:42
Baxış: 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə zəncirvari yol qəzasında bir neçə nəfər xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Qars-Ani magistral yolunda 3 avtomobil toqquşub. Qəza zamanı 9 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım, xilasedicilər və jandarm cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, qəzaya yolun buzlu olması səbəb olub. Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.