Türkiyə

Torpaq davasında 2 qardaş öldürüldü - FOTO

21 Yanvar 2024 19:00
Baxış: 1 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şanlıurfada torpaq mübahisəsi zəminində çıxan silahlı davada 26 yaşlı Əli Öztürk və ondan 3 yaş kiçik olan qardaşı İzzettin Emirsoy həyatını itirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Harran rayonunun Aydıncık rayonunda baş verib. İki qohum ailə arasında torpaq üstündə mübahisə düşüb. Mübahisə hər iki tərəfin yaxınlarının iştirakı ilə davaya çevrilib.

Dava zamanı naməlum tüfənglərdən açılan atəşlə Ali Öztürk və bir müddət əvvəl soyadını dəyişdirdiyi bildirilən qardaşı İzzetin Emirsoy yaralanıb.

Silah səslərini eşidiləndən sonra bölgəyə jandarma və sağlamlıq qrupları sövq edilib. Yaralılar səhiyyə işçiləri tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra Harran Dövlət Xəstəxanasına aparılıb. Lakin Ali Öztürk və qardaşı İzzetin Emirsoyun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.