Türkiyə

Fatih Altaylının ölkədən çıxışına qadağa qoyuldu - FOTO

6 Yanvar 2024 10:50
Baxış: 858
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli tanınmış jurnalist Fatih Altaylının ölkədən çıxışına qadağa qoyulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Hürriyet" yayıb.

Məlumata görə, jurnalist barəsində sosial şəbəkələrdə etdiyi paylaşımlara görə araşdırma başladılıb. O, bəzi paylaşımlarında "cinayəti və cinayətkarı tərif etmək" və "xalqın bir hissəsini nifrət və düşmənçiliyə təhrik etmək və alçaltmaq" ittihamları ilə şübhəli şəxs qismində ifadə verməyə çağırılıb. 

F.Altaylı ifadə verdikdən sonra hakim qarşısına çıxarılıb və ölkədən çıxışına qadağa qoyularaq sərbəst buraxılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.