Türkiyə

Türkiyə şirkəti Kəlbəcər və Laçında 5 SES tikəcək

21 Dekabr 2023 17:37
Baxış: 860
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gələn həftə Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Türkiyənin "Dəmirörən" Holdinqi Kəlbəcər və Laçında 5 kiçik su elektrik stansiyasının yenidən qurulmasına dair saziş imzalayacaqlar.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə AİŞ-in icraçı direktoru Ülvi Mansurov dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutan "Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları" panelində çıxışı zamanı bildirib.

O bildirib ki, hazırda AİŞ türk şirkətləri ilə daha üç layihə hazırlayır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.