Türkiyə

Ömər Bolat MÜSIAD Azərbaycan ofisini ziyarət edib

21 Dekabr 2023 10:04
Baxış: 552
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda səfərdə olan Türkiyənin Ticarət naziri Ömər Bolat MÜSIAD Azərbaycan ofisini ziyarət edib.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, görüşdə MÜSIAD Azərbaycanın idarə heyyətinin sədri Rəşad Cabirli, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səllahiyyətli səfiri Cahit Bağcı iştirak edib.

Görüş zamanı MÜSIAD Azərbaycanın fəaliyyəti haqqında məlumat verən Rəşad Cabirli, qurumun əsas vəzifələrindən birinində iki qardaş ölkə arasındaki qarşılıqlı ticarət və investisiya həcminin artırılması olduğunu bildirib.

Sədr eyni zamanda, MÜSIAD Azərbaycan tərəfindən ölkədə keçirilən önəmli tədbirlər haqqında nazirə məlumat verib.

Bolat MÜSIAD-ın Azərbaycandaki fəaliyyətini yüksək qiymətləndirib və qurumun iki ölkə arasında ticari əlaqələrin möhkəmlənməsində önəmli rola sahib olduğunu qeyd edib.

O vurğulayıb ki, iki ölkə prezidentlərinin apardığı uğurlu siyasət nəticəsində Azırbaycan-Türkiyə münasibətləri bütün sahələr üzrə yüksək səviyyədə inkişaf edir.

Qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD 33 yaşını qeyd edib.
Əlavə olaraq bildirək ki, TurkicWorld (Türk Dünyası) media platforması MÜSIAD Azərbaycanın rəsmi media partnyorudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.