Türkiyə

Türkmənistan Türkiyədən kimyəvi maddə idxalını azaldıb

18 Dekabr 2023 18:38
Baxış: 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında Türkmənistana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz azaldaraq 144,3 milyon dollara çatdırıb.

Milli.Az TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Türkmənistana kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 3,5 faiz azaldaraq 13,9 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz azalaraq, 27,9 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 2,9 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 11,9 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (noyabr 2022- noyabr 2023) Türkiyə 30,6 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.