Türkiyə

Samsunda leysan: Küçələri su basdı, yollar çökdü

3 Sentyabr 2023 17:24
Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin mərkəzi hissəsində və Qara dəniz bölgəsində güclü yağışlar yağır. Hakimiyyət orqanları 19 vilayətin sakinlərinə daşqın və sel təhlükəsi barədə xəbərdarlıq edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, güclü yağışlardan ən çox Samsun şəhəri zərər çəkib.

Ötən gecədən başlayan leysan bu gün də davam edir. Kanalizasiya sularının daşması nəticəsində şəhər küçələrindən çay axıb. Bir neçə meydanı və küçələri su basıb, bəzi yerlərdə suyun səviyyəsi 50 santimetrə çatıb. Onlarla avtomobilə ziyan dəyib, yaşayış binalarının birinci mərtəbələri də su altında qalıb, yolların çökməsi baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.