Türkiyə

FETÖ terror təşkilatı ilə mübarizə dövlətimizin əsas prioritetlərindən biridir - Hakan Fidan

15 İyul 2023 14:49
Baxış: 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

FETÖ terror təşkilatı ilə mübarizə dövlətimizin əsas prioritetlərindən biridir.

Milli.Az TurkicWorld-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"FETÖ terror təşkilatının bir çox ölkədə fəaliyyətini dayandırmışıq. 7 il əvvəl 15 iyul çevriliş cəhdi zamanı 251 vətəndaşımız vətən yolunda son nəfəsini verib. FETÖ terror təşkilatı ilə mübarizə dövlətimizin əsas prioritetlərindən biridir. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan, bir çox ölkələrdə fəaliyyət göstərən FETÖ birləşmələrin bağlanmasını təmin edib. Müasir dövrümüzdə da dünyanı FETÖ-yə dar etməyə davam edirik. Ayaq basdıqları bütün ölkələrdə fəaliyyətlərinə son qoymuşuq",- deyə nazir bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.