Türkiyə

Türkiyə MN: İsveç öhdəliklərini yerinə yetirərsə, NATO-ya üzv ola bilər

18 İyun 2023 05:28
Baxış: 1 097
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveç üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, NATO-ya üzv ola bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər NATO qərargahında müttəfiq ölkələrin müdafiə nazirlərinin görüşündə iştirakı bağlı çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ikitərəfli görüşlər zamanı müttəfiqlərə bəyan edilib ki, Türkiyə "NATO-nun genişlənməsi və Açıq Qapı Siyasəti"ni dəstəkləyir, bu səbəbdən də İsveç öz öhdəliklərini tam şəkildə yerinə yetirərsə, Finlandiya kimi NATO üzvü ola bilər.

Yaşar Gülər həmçinin ixrac məhdudiyyətlərinə toxunub və bildirib ki, müttəfiq ölkələr tərəfindən Türkiyənin ixrac məhdudiyyətlərinə məruz qalması heç bir halda qəbuledilməzdir, çünki bu məhdudiyyətlər Alyansın təhlükəsizliyinə təsir göstərir.

Türkiyəli nazir onu da əlavə edib ki, ölkəsi terror təşkilatları və onların yaratdığı təhlükələrlə sona qədər mübarizə aparmaq əzmindədir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.