Türkiyə

Türkiyədə bülletenlərin 99 faizi sayıldı: Ərdoğan liderdir - YENİLƏNİB

15 May 2023 09:23
Baxış: 32 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

09:23

Türkiyədə səsvermə ilə bağlı qutuların 99 faizi açılıb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener açıqlama verib.

O bildirib ki, ölkə daxilində cəmi 27 qutunun nəticələri yoxlanılmayıb. Xarici ölkələrdə isə 1529 seçki qutusunun nəticəsi sistemə daxil edilməyib.

Hazırkı vəziyyətdə Rəcəb Tayyib Ərdoğan 49,40 faiz, Kamal Kılıcdaroğlu 44,96 faiz, Sinan Oğan 5,2 faiz, Muharrəm İncə isə 0,44 faiz səs alıb.

-----------
09:07

Türkiyədə səsvermə qutularının 99,86 %-i açılıb.

Bu barədə Milli.Az TRT-yə istinadla məlumat verib.

Son məlumata görə,

Rəcəb Tayyib Ərdoğan: 49,34 %,

Kamal Kılıçdaroğlu: 44,99 %,

Sinan Oğan: 5,23 % səs toplayıblar.

-----------

15.05.2023

08:04

Türkiyədə prezident seçkilərində səslərin hesablanmasına başlandıqdan sonra seçki sandıqlarının 98,61 faizi artıq açılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, sandıqların 98,61%-nin açılmasından sonra respublikanın hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 49,34% səslə liderdir.

Kamal Kılıçdaroğlu 45%, Sinan Oğan 5,23%, Məhərrəm İncə isə 0,43% səs toplayıb.

--------

04:21

Türkiyədə keçirilən prezident və parlament seçkilərində səslərin 91,93 faizi hesablanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ali Seçki Şurasının sədri Ahmet Yener deyib.

"Bu məlumatlara əsasən, Rəcəb Tayyib Ərdoğan 49,49 faiz, Kamal Kılıçdaroğlu 44,79 faiz, Sinan Oğan 5,29 faiz, Məhərrəm İncə isə 0,43 faiz səs toplayıb", - deyə A.Yener qeyd edib.

Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib.

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Bununla yanaşı Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.

----------

02:26

Saat 02:25 üçün seçki sandıqlarının 95,83 faizi açılıb, Rəcəb Tayyib Ərdoğan 49,47 faiz, Kamal Kılıçdaroğlu 44,82 faiz, Sinan Oğan 5,27, Muharrem İncə isə 0,44 faiz səs toplayıb.

---------

02:06

Saat 02:05 üçün seçki sandıqlarının 95,09 faizi açılıb, Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, Kamal Kılıçdaroğlu 44,76 faiz, Sinan Oğan 5,28, Muharrem İncə isə 0,44 faiz səs toplayıb.

---------

01:46

Saat 01:45 üçün seçki sandıqlarının 94,66 faizi açılıb, Rəcəb Tayyib Ərdoğan 49,56 faiz, Kamal Kılıçdaroğlu 44,72 faiz, Sinan Oğan 5,28, Muharrem İncə isə 0,45 faiz səs toplayıb.

---------

01:26

Saat 01:25 üçün seçki sandıqlarının 94,24 faizi açılıb, Rəcəb Tayyib Ərdoğan 49,59 faiz, Kamal Kılıçdaroğlu 44,67 faiz, Sinan Oğan 5,29, Muharrem İncə isə 0,45 faiz səs toplayıb.

----------

01:06

Saat 01:05 üçün seçki sandıqlarının 93,02 faizi açılıb, Rəcəb Tayyib Ərdoğan 49,67 faiz, Kamal Kılıçdaroğlu 44,59 faiz, Sinan Oğan 5,29, Muharrem İncə isə 0,45 faiz səs toplayıb.

----------

00:46

Saat 00:45 üçün seçki sandıqlarının 92,00 faizi açılıb, Rəcəb Tayyib Ərdoğan 49,76 faiz, Kamal Kılıçdaroğlu 44,48 faiz, Sinan Oğan 5,30, Muharrem İncə isə 0,46 faiz səs toplayıb.

---------

00:26

Saat 00:25 üçün seçki sandıqlarının 90,61 faizi açılıb, Rəcəb Tayyib Ərdoğan 49,86 faiz, Kamal Kılıçdaroğlu 44,38 faiz, Sinan Oğan 5,30, Muharrem İncə isə 0,46 faiz səs toplayıb.

------------------

14.05.2023

23:38

Türkiyədə seçki bülletenlərinin 89,27 faizi sayılıb.

Rəcəb Tayyib Ərdoğan 50,13 faiz, Kamal Kılıçdaroğlu 44,09 faiz, Sinan Oğan 5,31 səs toplayıb.

----------

23:11

Türkiyədə seçki qutularının 80,48%-i açılıb.

Rəcəb Tayyib Ərdoğan 50,43 faiz, Kamal Kılıçdaroğlu 43,77 faiz, Sinan Oğan 5,31 səs toplayıb.

---------

22:41

Saat 22:40 üçün seçki sandıqlarının 77,05 faizi açılıb, Rəcəb Tayyib Ərdoğan 50,68 faiz, Kamal Kılıçdaroğlu 43,52 faiz, Sinan Oğan 5,31, Muharrem İncə isə 0,49 faiz səs toplayıb.

-----------

22:21

Saat 22:20 üçün seçki sandıqlarının 70,44 faizi açılıb, Rəcəb Tayyib Ərdoğan 51,06 faiz, Kamal Kılıçdaroğlu 43,12 faiz, Sinan Oğan 5,31, Muharrem İncə isə 0,51 faiz səs toplayıb.

-----------

22:01

Saat 22:00 üçün seçki sandıqlarının 65,84 faizi açılıb, Rəcəb Tayyib Ərdoğan 51,33 faiz, Kamal Kılıçdaroğlu 42,85 faiz, Sinan Oğan 5,31, Muharrem İncə isə 0,51 faiz səs toplayıb.

---------

21:45

Seçki bülletenlərinin 60,36 faizi sayılıb.

Rəcəb Tayyib Ərdoğan 51,71 faiz, Kamal Kılıçdaroğlu 42,45 faiz, Sinan Oğan 5,32 səs toplayıb.

---------

21:01

Saat 21:00 üçün seçki sandıqlarının 40,04 faizi açılıb, Rəcəb Tayyib Ərdoğan 52,70 faiz, Kamal Kılıçdaroğlu 41,39 faiz, Sinan Oğan 5,36, Muharrem İncə isə 0,55 faiz səs toplayıb.

----------

20:41

Saat 20:40 üçün seçki sandıqlarının 34,36 faizi açılıb, Rəcəb Tayyib Ərdoğan 53,17 faiz, Kamal Kılıçdaroğlu 40,88 faiz, Sinan Oğan 5,39, Muharrem İncə isə 0,56 faiz səs toplayıb.

----------

20:37

Türkiyədə prezident seçkilərində səslərin hesablanmasına başlandıqdan sonra seçki sandıqlarının 30,15 faizi artıq açılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, sandıqların 30,15%-nin açılmasından sonra respublikanın hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 53,62% səslə liderdir.

Kamal Kılıçdaroğlu 40,42%, Sinan Oğan 5,40%, Məhərrəm İncə isə 0,56% səs toplayıb.

---------

20:24

Saat 20:20 üçün seçki sandıqlarının 25,69 faizi açılıb, Rəcəb Tayyib Ərdoğan 54,27 faiz, Kamal Kılıçdaroğlu 39,75 faiz, Sinan Oğan 5,42, Muharrem İncə isə 0,56 faiz səs toplayıb.

----------

20:01

Saat 20:00 üçün olan nəticələrə əsasən, Rəcəb Tayyib Ərdoğan 55,98 faiz, Kamal Kılıçdaroğlu 38,08 faiz, Sinan Oğan 5,37, Muharrem İncə isə 0,57 faiz səs toplayıb.

----------

19:59

Saat 19:46 üçün olan nəticələrə əsasən, Rəcəb Tayyib Ərdoğan 58,34 faiz, Kamal Kılıçdaroğlu 35,84 faiz, Sinan Oğan 5,21, Muharrem İncə isə 0,61 faiz səs toplayıb.

-------

19:44

Milli.Az Trend-ə istinadən bildirir ki, saat 19.41 üçün olan nəticələrə əsasən, Rəcəb Tayyib Ərdoğan 59,47 faiz, Kamal Kılıçdaroğlu 34,79 faiz, Sinan Oğan isə 5,11 faiz səs toplayıb.

--------

18:01

Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb.

Milli.Az xəbər verir ki, yerli vaxtla saat 17:00-da səsvermə yekunlaşıb.

Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır.

İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.

Milli.Az səsvermənin nəticələri ilə bağlı son məlumatlarla onlayn yayım aparır.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Ölkə daxilindəki seçici sayı 60 milyon 697 min 843 nəfərdir. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır - "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və "Ata İttifaqı"nın namizədi Sinan Oğan.

"Cümhur İttifaqı"nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

"Millət İttifaqı"nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

"Ata" İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.