Ev heyvanlarının anlıq yerini izləməyə və sahibləri ilə ikitərəfli əlaqə qurmağa imkan verən xüsusi smartfon hazırlanıb. "PetPhone" adlanan bu cihaz davranışın aşkarlanması funksiyası sayəsində heyvan hürdükdə və ya narahatlıq keçirdikdə sahibinə avtomatik zəng edə bilir.
Milli.Az xəbər verir ki, MWC 2026-da nümayiş etdirilən bu cihaz ev heyvanlarından ötrü narahat olan sahiblərin işini xeyli asanlaşdıracaq.
"PetPhone" sadəcə bir izləmə cihazı deyil, həm də süni intellekt əsaslı bir köməkçidir.
Cihaz heyvanın səsini və hərəkətlərini analiz edərək qeyri-adi bir vəziyyət (məsələn, uzunmüddətli hürüş və ya gərginlik) hiss etdikdə sahibinə bildiriş göndərir və ya birbaşa zəng edir.
Heyvan sahibi uzaqda olsa belə, boyunbağı üzərindəki dinamik və mikrofon vasitəsilə ev heyvanı ilə danışa, onu sakitləşdirə bilər.
Cihaza inteqrasiya olunmuş kamera sayəsində sahibləri ev heyvanının harada olduğunu və nə etdiyini canlı olaraq görə bilirlər.
"PetPhone" GPS Wi-Fi və Bluetooth əsaslı məkantəyini texnologiyalarından istifadə edərək heyvanın koordinatlarını saniyəbəsaniyə ötürür.
Konum izləmə ilə yanaşı, cihaz heyvanın ürək döyüntüsü, yandırdığı kalori və yuxu keyfiyyəti kimi sağlamlıq göstəricilərini də qeyd edir.
Xüsusilə işdə olan və ya səyahətə çıxan ev heyvanı sahibləri üçün nəzərdə tutulan bu texnologiya, heyvanın müəyyən edilmiş "təhlükəsiz zonadan" çıxması halında dərhal həyəcan siqnalı verir.
Lalə Qüdrətova
Milli.Az





