Türkiyə

Türkiyədə zəlzələyə görə bağlanan məktəblər bu ay açılacaq

14 Aprel 2023 14:49
Baxış: 1 099
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Hatay və Adıyaman vilayətlərində baş verən zəlzələdən sonra bağlanan məktəblər aprelin 24-də yenidən açılacaq.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin təhsil naziri Mahmut Özer bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Türkiyədə zəlzələdə ölənlərin sayı 50 min 500 nəfərə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.