Türkiyə

Baxçalıdan Akşenere sərt sözlər: “Bir dəfə satan yenə satacaq”

8 Mart 2023 09:43
Baxış: 1 093
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Milliyyətçi Xalq Hərəkatı (MHP) partiyasının sədri Dövlət Baxçalı partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında "İYİ Partiya"nın sədri Meral Akşenerin ünvanına sərt fikirlər səsləndirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, MHP lideri bildirib ki, Meral Akşener "Altılı masa"ya geri dönməsini prinsipsizlik və gücsüzlükdür.

"Masanı dağıdana yenidən stul vermək çürümüş bir siyasətin prinsipsizliyi deyil? Bir dəfə satan yenə satacaq. Bundan sonra "Zillət İttifaqı"nın ciddiyə alınacaq, məsələ ediləcək heç bir siyasi təklifi ola bilməz. "Zillət İttifaqı" artıq bizim gözümüzdə etibarsızdır", - deyə o söyləyib.

Qeyd edək ki, "İYİ Partiya"nın sədri Meral Akşener Kılıçdaroğlunun vahid namizədliyinə qarşı çıxış edərək "Altılı masa"nı tərk etmişdi. Lakin ötən gün M.Akşener "Altılı masa"ya geri qayıdıb və "Millət İttifaqı"nın toplantısından sonra Kamal Kılıçdaroğlu vahid namizəd elan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.