Türkiyə

Zəlzələnin 10-cu günü daha bir möcüzə... - VİDEO

15 Fevral 2023 15:48
Baxış: 3 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Kahramanmaraş şəhərində dağıdıcı zəlzələnin 10-cu günü 42 yaşlı qadın xilas edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yeraltı təkanlardan 222 saaat sonra Melike İmamoğlu dağıntılar altından sağ çıxarılıb. Qadının sağ olması qənaətinə gələn xilasedicilər xüsusi vasitələrlə tunel açaraq onu dağıntılar altından çıxarmağı bacarıblar. Şüuru açıq olan qadın dərhal xəstəxanaya aparılıb. Onun səhhətinin hansı vəziyyətdə olması ətraflı müayinədən sonra məlum olacaq.

Qeyd edək ki, M.İmamoğlu zəlzələdən sonra rekord müddətə sağ xilas edilən şəxsdir. Dağıntılar altında axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.