Türkiyə

Naməlum xeyriyyəçi zəlzələ qurbanlarına 30 milyon dollar ianə etdi və yoxa çıxdı

15 Fevral 2023 19:56
Baxış: 1 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naməlum şəxs Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına 30 milyon dollar ianə edib. Sonra isə yoxa çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "Twitter" səhifəsində paylaşım edib.

Zəlzələdən sonra Türkiyəyə xilasetmə qruplarını sövq edən Pakistan yük maşınları və təyyarələr vasitəsilə də humanitar yardımlar göndərməyə davam edir.

Son olaraq isə adı açıqlanmayan bir pakistanlı Türkiyənin Vaşinqtondakı səfirliyinə gələrək zəlzələ qurbanları üçün 30 milyon dollar bağışlayıb, sonra isə səssizcə səfirliyi tərk edərək yoxa çıxıb.

Baş nazir bu davranışın onun qəlbinə toxunduğunu bildirib. "Adı açıqlanmayan bir pakistanlı Türkiyənin ABŞ-dakı səfirliyinə gələrək Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə 30 milyon dollar bağışlayıb. Bu məni çox təsirləndirdi. Bu, bəşəriyyətin aşılmaz kimi görünən çətinliklərini dəf etməyə imkan verən şərəfli xeyriyyəçilik nümunəsidir", - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.