Türkiyə

“Azərbaycanlı tələbələrin olduğu binada sağ insan qalmayıb”

13 Fevral 2023 17:59
Baxış: 2 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbaycanlı tələbələrin yaşadığı binada axtarışlar aparılır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq 8 gündür ki, xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin yaşadığı binada axtarışları davam etdirir.

Həmin binada axtarış-xilasetmə işlərini görən xilasedicilərdən biri Baku TV-yə verdiyi açıqlamada bildirib ki, binada heç bir canlının qalmadığı barədə məlumat alıblar: "Hər bir otağın ən dibinə qədər texnikalar işləyir. Çünki ancaq bundan sonra digər otaqlara keçmək mümkün olur. Nəşlərə zərər vermədən işlərə davam edirik. Ötən gün bir neçə pişik çıxardıq. AFAD artıq heç bir canlının qalmadığı məlumatını verəndən sonra işləri sürətləndirdik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.