Türkiyə

Qəza yerinə gələn oğlundan danışdı

30 Avqust 2022 09:30
0 Şərh     Baxış: 2 124
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli müğənni İbrahim Tatlısəs məhkəməlik olduğu oğlu Ahmet Tatlısəslə barışması xəbərlərinə münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə avtomobil qəzası keçirən Tatlısəsin oğlunun hadisə yerində olmasından sonra aralarındakı buzların əridiyi iddia edilmişdi. Müğənni isə məlumatların doğru olmadığını açıqlayıb:

"Heç kimlə barışmamışam. Gecə harada idi bəs? Niyə konsertimə gəlmədi. Sabahı gün səhər yeməyində hamımız bir yerdə idik, o hara idi? Artist kimi gəldi, özünü göstərdi, getdi".

Qeyd edək ki, bir müddət əvvəl Ahmet Tatlısəs "psixi sağlamlığından şübhələnirəm" deyərək atasını məhkəməyə vermiş və qəyyumluğunu tələb etmişdi. Bu iddiadan sonra sənətçi məhkəməyə müraciət edərək müdafiə istəmişdi. Hakim tərəflər arasında baş verənlərin maliyyə münaqişələrindən qaynaqlandığını əsas gətirərək müdafiə tələbini rədd etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.