Türkiyə

"Əllərinizi qadınların üzərindən çəkin" - Məşhurlardan Melisə dəstək

13 May 2022 19:48
3 Şərh     Baxış: 1 231

Türkiyədə MHP-nin (Milliyetçi Hareket Partisi) keçmiş millət vəkili Ahmet Çakarın aktrisa Melis Sezen barədə işlətdiyi sözlər birmənalı qarşılanmayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir, A.Çakır qonaq olduğu proqramda aktrisanın ünvanına "Sadakatsiz" adlı serialda oynayan bir qız var. Adını, filan bilmirəm. Ötən gün bir qala gecəyə dəvət edilmişdi. Bir libas geyinib, geyim qanunla qadağandır. Çünki dekoltesi tamamilə açıqdır, ictimaiyyət arasında özünü göstərir. Yəni büstqalter yoxdur".

Bundan sonra bir çox sənətçi Melisə dəstək olmaq üçün hərəkətə keçib və A.Çakırın ünvanına sərt tənqidlər ünvanlayıblar.

Onlardan birincisi aktrisa Hazal Kaya olub:

"Qoca-qoca hüquqşünaslar, oturub nəvəniz yaşında qadının dekoltesini, bədənini müzakirə edirsiniz? Qadına şiddət günah deyil? Ya da hədəf göstərmək? Ortada bir günahkar varsa, o da sizsiniz. Əxlaqınızda boğulun".

Müğənni Hadisə isə "Qadınların geyimi, dekoltesi, saçı, kilosu və makiyajı haqqında danışmağı nə vaxt nə vaxt buraxacaqsınız? İllərdir deyirəm və deməyə də davam edəcəyəm "Əxlaqsızlıq sizin başınızdadır!"

Kərəm Bürsin də məsələyə münasibət bildirənlər arasında yer alıb:

"Qadınların bədəni, geyimi və seçimləri üzərindən hər cür şərhi səsləndirməyi özünə haqq bilən kişilər... Bu etdiyiniz təcavüz, şiddətdir! Qadınlara qarşı zorakılıq isə cinayətdir!"

Aktrisa Demet Evqar həmkarına dəstək olduğunu bu sözlərlə ifadə edib:

"Qadın bədəni üzərində qurmaq istədiyiniz hökmranlıqdan əl çəkin. Mehmet Ali Erbil, Ahmet Çakar sözlərinizi və əllərinizi qadınların üzərindən çəkin. Həyatımıza və seçimlərimizə biz qərar veririk".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Sewa · 13 May 20:1693

    Vallahi boşuna atılıb düşmesinler dogru söyleyibler. Soyunub gelerdi. Ictimai qınaq her halda olmalıdır. Hüquq deye- deye vezife, edab erkan qaydaları unudulub. Bir de teref tutanların özlerinin şleyflerine baxanda ..... ))))

    Cavab yaz
  • Anonim
    aida · 13 May 20:17104

    Hegigeten de bu geyim biabirciligdi

    Cavab yaz
  • Anonim
    Şərhçi · 13 May 22:20104

    Onu destekleyen ele özukimilerdir.Kim exlaqsızlıgı yayirsa Allah bəlasini versin əbədiyyən.Adam iyrənir şəklə baxanda

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics