Türkiyə

Parkda gülləri sulayarkən çanta tapdı: İçinə baxanda heyrətə gəldi - Külli miqdarda... - FOTO

14 Aprel 2022 12:42
0 Şərh     Baxış: 2 481
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Marmaris bölgəsindəki parkda işləyən bağban inanılmaz hadisəyə rast gəlib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, o, güllərə su verərkən çanta tapıb. Çantanı açan 36 yaşlı şəxs, heyrətə gəlib. Çantanın içi dollarla dolu olub. Ali Eren adlı bağban hadisə barədə işlədiyi idarəyə və polisə məlumat verib.

Əraziyə gələn polis çantanın içində 12400 dollar və 2400 türk lirəsinin olduğunu müəyyən edib. Bağban çantanı polisə təhvil verib. Pulun sahibi araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory