Mərhum türkiyəli müğənni Barış Akarsunun həyatından bəhs edən film çəkilir.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işində sənətçini aktyor İsmayıl Ege Şaşmaz canlandıracaq. O, artıq filmin çəkilişləri üçün hazırlıqlara da başlayıb.
Qeyd edək ki, B.Akarsu 2007-ci il iyulun 4-də 28 yaşında motosikl qəzasında dünyasını dəyişib.
Milli.Az