Türkiyə

Qadından inanılmaz əməl: Yaşlıları yuxu dərmanı ilə yatızdırıb... - FOTO

4 Aprel 2022 18:06
0 Şərh     Baxış: 1 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə 5 ildir axtarışda olan qadın saxlanılıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Nurtəm adlı qadın çox sayda yaşlı insana qarşı soyğun hadisələri törədib. Bildirilir ki, qadın yaşlı cütlüklərə ev işlərində köməklik edə biləcəyini deyərək, onların evinə daxil olurmuş. Qadın daha sonra yaşlı şəxsləri yuxu dərmanı ilə yatızdıraraq, evdən oğurluq edirmiş. Qadın indiyə qədər 9 yaşlı cütlüyə qarşı eyni üsulla soyğunçuluq törədib. Şübhəli indiyə qədər isə ümumilikdə 43 soyğun hadisəsi törədib.Polislərin axtarışlarından sonra qadının yaşadığı ev müəyyən edilib.

Evdə axtarış zamanı, qadın ədyalın içində gizlənib polisdən yayınmaq istəsə də, planı baş tutmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.