Türkiyə

İçində modelin olduğu taksi dənizə düşdü - FOTO

2 Fevral 2022 19:42
0 Şərh     Baxış: 1 195
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyəli model Ece Su Uçkanın da olduğu taksi Kadıköydə dənizə düşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə model öz instaqram hesabında paylaşım edib. Hadisə ötən gün axşam saatlarında baş verib. Marinaya çatmağa az qalmış taksi sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi dənizə düşüb.

Üzərək sahilə çıxmağı bacaran Ece həmin anları belə xatırlayır:

"2,5 metr uçduq. Suyun altında qaldıq. Üzmək və canımızı qurtarmaq məcburiyyətində idik. Hazırda taksi sürücüsü və mən yaxşıyam. Yaxşı qurtardıq. Qapını açan kimi içəri su ilə doldu. Özümüzü xilas etməyi bacardıq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.