İdman

Əvvəl 50-ci, sonra 40-cı – “Qarabağ”da yubileylər

27 Noyabr 2021 08:07
0 Şərh     Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın "Omoniya" ilə oyundakı qolları yubileylə əlamətdar olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ikinci hissənin əvvəlində öz qapısına qol vuran Paris Psaltis Azərbaycan klublarının avrokubokların əsas mərhələsində 50-ci topunun müəllifi olub.

Matçın sonlarında "Qarabağ"ın irəli çıxaran Patrik Andrade isə Ağdam klubunun avrokuboklarda əsas mərhələlər çərçivəsində 40-cı qoluna sevinib.

Bu matçadək Azərbaycan komandaları qrupda 64 oyunda 49 qol vurmuşdu. "Qarabağ" 46 qarşılaşmada 38 dəfə fərqlənmişdi.

Qeyd edək ki, Konfrans Liqasının qrup mərhələsinin V turunun matçı 2:2 hesabı ilə nəticələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.