Hər bir medal yeni təcrübədir - Gümüş medal qazanan gimnastımız
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qazanılan hər bir medal yeni yarış təcrübəsidir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Bakıda Milli Gimnastika Arenasında Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının tamblinq üzrə gümüş medalçısı Azərbaycan gimnastı Mixail Malkin deyib.
M.Malkin qeyd edib ki, bu gün finala güclü bel ağrısı ilə çıxıb: "Seçmə mərhələdən sonra belim çox ağrıyırdı, hətta tərpənə bilmirdim. Belə vəziyyətdə yeriyə bilmədiyim üçün yarışmadan imtina etmək istədim. Ancaq çətin anda dostlarım məni dəstəklədilər və ümid verdilər, buna görə onlara çox minnətdaram. Məşqçilər korpusu mənə dedi: "Dişlərini sıx və iki dəfə tullan". Heç kimi pis vəziyyətdə qoymaq istəmədim, ona görə də bütün gücümü toplayıb çıxış etdim. Əvvəlcə finalda qalib gəlmək üçün çətin kombinasiya ilə çıxış etəmli idim. Amma məşqçi mənə Avropa çempionatında təqdim etdiyim kombinasiya ilə çıxış etməyi məsləhət gördü".
Onun sözlərinə görə, qarşıda bərpa dövrü var: "Qarşıda bərpa dövrü olacaq, çünki yaxın gələcəkdə heç bir məşq yoxdur. Gələn həftə Bakıda Dünya Yaş Qrupları Yarışları başlayacaq, komanda yoldaşlarım - gənc gimnastlar iştirak edəcək, mən onlara dəstək olacağam. Düşünürəm ki, tamblinq üzrə çıxış edən bir çox gimnastlarımız finala yüksələcək, amma Tofiq Əliyevə gəlincə, ümid edirəm ki, o, medal qazanacaq".
Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi





