İdman

Tomas Müller "Bavariya"nın tarixinə düşüb

20 Noyabr 2021 18:52
0 Şərh     Baxış: 710
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bavariya"nın "Auqsburq"a 1:2 hesabı ilə uduzduğu Almaniya Bundesliqasının XII tur matçı Münhen təmsilçisinin futbolçusu Tomas Müller üçün əlamətdar olub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, son ölkə çempionunun heyətində 600-cü oyununu keçirən 32 yaşlı hücumçu komandanın tarixinə düşüb.

Almaniya millisinin üzvü hazırda bu göstərici ilə sahə oyunçuları arasında 1-ci, ümumilikdə isə 3-cü pillədə yer alıb. O, yalnız qapıçılar Zepp Mayer (661 oyun) və Oliver Kandan (632) geri qalır.

Qeyd edək ki, "Bavariya" 28 xalla Bundesliqaya başçılıq edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.