İdman

"Məni məyus edən bəzi məqamlar var" - Milan Obradoviç

13 Noyabr 2021 15:54
0 Şərh     Baxış: 697
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Futbolçular bu gün meydanda bütün bacarığını ortaya qoydu. Məni məyus edən bəzi məqamlar var, amma bu barədə danışmaq istəmirəm. Qol epizodlarımız var idi. Əlimizə düşən şanslardan yararlanmalı idik".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində Avstriyaya 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"İkinci hissədə əvəzetmələrlə nələrisə düzəltmək istədik, amma alınmadı. Sadəcə, konsentrasiya çatışmazlığı oldu. Son ötürmələrdə diqqətli olmalıyıq. Rəqib bizdən üstün olduğu üçün qələbə qazandı. Artıq Norveçlə növbəti oyunu fikirləşməliyik. Rəqib ikinci yarıda öz keyfiyyətini göstərdi" - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.