İdman

Azərbaycan cüdoçusu gümüş medal qazandı

7 Noyabr 2021 19:09
0 Şərh     Baxış: 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı cüdoçu Məmmədəli Mehdiyev Bakıda keçirilən "Böyük dəbilqə" turnirində final görüşünə çıxıb.

90 kq çəki dərəcəsində çıxış edən Mehdiyev ardıcıl olaraq Con Jayne (ABŞ), Goki Tajima (Yaponiya) və Luka Maysuradzeyə (Gürcüstan) qalib gəlib. O, qızıl medal uğrunda Kosuke Maşiyama ilə üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə cərimə xalları hesabına uduzan Mehdiyev gümüş medalla kifayətlənib.

100 kq-dakı Adil Kərimli bürünc medal uğrunda Onise Seneblidze ilə (Gürcüstan), 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri Sven Heynle (Almaniya) ilə güləşəcək.

Bu gün mübarizəyə qoşulan digər 6 cüdoçu isə medalsız qalıb.

Kişilər

90 kq

1/16 final. Rüfət İsmayılov - Jamal Petqrave (Böyük Britaniya)

1/8 final. Rüfət İsmayılov - Abderahman Diao (Seneqal)

1/4 final. Rüfət İsmayılov - Beka Gvinaşvili (Gürcüstan)

Təsəlliverici görüş: Rüfət İsmayılov - Erlan Şerov (Qırğızıstan)

1/8 final. Vüqar Talıbov - Nemanya Maydov (Serbiya)

1/4 final. Vüqar Talıbov - Luka Maysuradze (Gürcüstan)

Təsəlliverici görüş: Vüqar Talıbov - Goki Tajima (Yaponiya)

1/8 final. Məmmədəli Mehdiyev - Con Jayne (ABŞ)

1/4 final. Məmmədəli Mehdiyev - Goki Tajima (Yaponiya)

1/2 final. Məmmədəli Mehdiyev - Luka Maysuradze (Gürcüstan)

Final. Məmmədəli Mehdiyev - Kosuke Maşiyama (Yaponiya)

100 kq

1/8 final. Adil Kərimli - Yan Rayder (Kanada)

1/4 final. Adil Kərimli - Şadi Elnahas (Kanada)

Təsəlliverici görüş. Adil Kərimli - Zlatko Kumriç (Xorvatiya)

Bürünc medal uğrunda görüş: Adil Kərimli - Onise Seneblidze (Gürcüstan)

1/8 final. Kənan Abdullaxanlı - Onise Seneblidze (Gürcüstan)

1/8 final. Ruslan Nəsirli - Zlatko Kumriç (Xorvatiya)

+100 kq

1/8 final. Hüseyn Məmmədov - Tyaqo Palmini (Braziliya)

1/8 final. Camal Feyziyev - Tatsuru Sayto (Yaponiya

1/4 final. Uşangi Kokauri - Tatsuru Sayto (Yaponiya)

Təsəlli verici görüş: Uşangi Kokauri - Cemal Erdoğan (Türkiyə)

Bürünc medal uğrunda görüş: Uşangi Kokauri-Sven Heynle (Almaniya

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.