İdman

Avroliqa: “Qalatasaray” xal itirdi, “Fənərbağça” darmadağına sevindi

5 Noyabr 2021 07:54
0 Şərh     Baxış: 1 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, turun bütün görüşləri eyni gündə keçirilib.

Azərbaycanlı hücumçu Mahir Emrelinin komandası "Legiya" doğma meydanda "Napoli"ni sınağa çəkib və böyük hesabla uduzub. Komandalar arasında Neapolda baş tutan görüşdə də İtaliya klubu 3:0 hesablı qələbə qazanmışdı. Qrupun digər matçında "Lester Siti" Moskva "Spartak"ını qəbul edib. Bu oyunda isə qalib müəyyənləşməyib.

Türkiyənin "Fənərbağça" klubu səfərdə "Antverpen"in qonağı olub və darmadağına sevinib. "Qalatasaray" isə doğma meydanda Moskva "Lokomotiv"inin müqavimətini qıra bilməyib.

Avropa Liqası
Qrup mərhələsi, 4-cü tur
4 noyabr

A qrupu

Olimpik (Lion, Fransa) - Sparta (Çexiya) 3:0
Qol: Slimani, 61; 63. Ekambi, 90+2.

Brondbü (Danimarka) - Reyncers (Şotlandiya) 1:1
Qol: Baloqun, 45-öz qapısına - Haci, 77.

Xal durumu: Olimpik - 12, Sparta - 4, Reyncers - 4, Bröndbü - 2.

B qrupu

Monako (Fransa) - PSV (Niderland) 0:0

Real Sosyedad (İspaniya) - Şturm Qrats (Avstriya) 1:1
Qol: Sorlot, 53 - Yantşer, 38.

Xal durumu: Monako - 8, Real Sosyedad - 6, PSV - 5, Şturm Qrats - 1.

C qrupu

Legiya (Polşa) - Napoli (İtaliya) 1:4
Qol: M.Emreli, 10 - Zelinski, 51-pen. Mertens, 75-pen. Lozano, 79. Unas, 90.

Lester Siti (İngiltərə) - Spartak (Rusiya) 1:1
Qol: Amartey, 58 - Mozes, 51.

Xal durumu: Napoli - 7, Legiya - 6, Lester Siti - 5, Spartak - 4.

D qrupu

Olimpiakos (Yunanıstan) - Ayntraxt (Almaniya) 1:2
Qol: El Arabi, 12 - Kamada, 17. Hauqe, 90+2.

Antverpen (Belçika) - Fənərbağça (Türkiyə) 0:3
Qol: M.Yandaş, 8. Meyer, 16. Berişa, 29.

Xal durumu: Ayntraxt - 10, Olimpiakos - 6, Fənərbağça - 5, Antverpen - 1.

E qrupu

Qalatasaray (Türkiyə) - Lokomotiv (Rusiya) 1:1
Qol: Fequli, 43 - Kamano, 73.

Olimpik (Marsel, Fransa) - Latsio (İtaliya) 2:2
Qol: Milik, 33-pen. Payet, 82 - Anderson, 45+7. İmmobile, 49.

Xal durumu: Qalatasaray - 8, Latsio - 5, Olimpik - 4, Lokomotiv - 2.

F qrupu

Braqa (Portuqaliya) - Ludoqorets (Bolqarıstan) 4:2
Qol: Al Musrati, 25. Medeyros, 37. Qaleno, 40. Qonzales, 73 - Sotiriu, 44. Plastun, 79.

Srvena Zvezda (Serbiya) - Midtyulland (Danimarka) 0:1
Qol: Kanqa, 56-öz qapısına.

Xal durumu: Braqa - 9, Srvena Zvezda - 7, Midtyulland - 5, Ludoqorets - 1.

G qrupu

Ferentsvaroş (Macarıstan) - Seltik (Şotlandiya) 2:3
Qol: Zubkov, 11. Uzuni, 86 - Furuhaşi, 3. Jota, 23. Abada, 60.

Bayer (Almaniya) - Betis (İspaniya) 4:0
Qol: Diabi, 42; 52. Virts, 86. Amiri, 90.

Xal durumu: Bayer - 10, Betis - 7, Seltik - 6, Ferentsvaroş - 0.

H qrupu

Genk (Belçika) - Vest Hem (İngiltərə) 2:2
Qol: Peyntsil, 5. Souçek, 88-öz qapısına - Benrahma, 59; 82.

Dinamo (Zaqreb, Xorvatiya) - Rapid (Vyana, Avstriya) 3:1
Qol: Petkoviç, 12. Andriç, 34. Sutalo, 83 - Knasmullner, 8.

Xal durumu: Vest Hem - 10, Dinamo - 6, Rapid - 4, Genk - 3.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.